BURADA REKLAMINIZ OLA
BİLƏR

Tolik: "Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir" - VİDEO

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı çıxışı müzakirələrə səbəb olub. Belə ki, Mirəliyev efirdə İbadoğlu barədə “Prezidentimiz sağolsun, Qubad İbadoğlunu əfv edib, minnətdarlıq edirəm” sözlərini deyib. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) isə “siyasi məsələlərə girişməyək” deyərək müğənninin çıxışına müdaxilə edib. Müxalifyönlü şəxslər bu səbəbdən sosial şəbəkələrdə Toliki tənqid atəşinə tutublar... 

 

Tolik Pravda.az-a haqqında səsləndirilən fikirlərlə bağlı açıqlama verib. 

 

“Efirdə Əli Mirəliyevə bildirdim ki, Qubad İbadoğlunun ev dustaqlığına buraxılması əfv deyil. Verilişdə cənab Prezidentin adını hansısa “siyasi məhbus”la hallandırmaq nə qədər düzgündür? Qərarı Ali Məhkəmə verəcək. Cənab Prezidentimiz sağ olsun ki, məhkəmələrə belə sərbəstlik verib, sonda məhkəmələr qərar verir. Əli Mirəliyevə bildirdim ki, bu, musiqili verilişidir, siyasi yox. Lazım olsaydı, Əli Mirəliyevin Qubad İbadoğlu barədə dedikləri kəsilərdi, efirə verilməzdi. Efirə gedibsə, deməli, müxalifət bilsin ki, biz tam demokratik ölkədə yaşayırıq. Bilirsiniz ki, bütün kanallarda canlı verilişlər efirə gecikmə ilə gedir. Lazım olsaydı, o bəyin adı da, mənim sözlərim də çıxarılardı. Burada heç bir qəbahət yoxdur. Heç kimi tənqid etməmişəm. Qubad İbadoğlu alim ola bilər, amma bu gün ziyalılar dövlətimizin, dövlətçiliyimizin yanında olmaqdansa... Bu boyda uğurlarımızı qəbul etməməyi, pərdə arxasında xarici ölkə havadarlarının verdikləri hansısa tapşırıqla ölkəmizin uğurlarını kölgəyə salmağı heç kimə yaraşdırmıram. Kim olduğu fərq etmir. Mən Azərbaycan Respublikasının vətəndaşıyam, 45 yaşım var. Hər zaman düşünmüşəm ki, bu dövlət hamımızındır. Bu dövlət yalnız məmurların, imkanlıların yox, bütün Azərbaycan xalqının dövlətidir. Necə ki 44 günlük müharibədə ən ucqar kəndimizdən olan ən kasıb şəhidimizlərimizin belə evlərini gördük, onlar bizim ölkəmizi qorudular. Bu gün bütün dünya Azərbaycanın uğurlarından danışır. Dörd kəndimiz də azad olundu. Sərhədlərimizin delimitasiyası aparılır. Hər şey yaxşı gedir, amma nədənsə müxalifət yenə də nəsə axtarır. Dedilər ki, Xankəndi olmasa, Qarabağ olmayacaq, Xankəndi də alındı, Qarabağ da. Dedilər ki, rus sülhməramlıları torpaqlarımızdan çıxmayacaq, sülhmərmalılar da çıxdı. Dedilər ki, 4 kənd Qazaxa qayıtmasa, olmaz. Bu da oldu. Bu dövlət bundan artıq bunlar üçün nə etməlidir ki? Ay balam, Sevinc Osmanqızı çıxıb təşəkkür etdi ey. Çünki görünən dağa nə bələdçi? 45 yaşım var, siyasətdən anlayışı olan insanam. Ola bilər ki, siyasət oxumamışam, amma Almaniyada yaşaya-yaşaya Cavad Derəxtinin vaxtında Dünya Azərbaycanlıları Konqresində tədbirlərdə olmuşam. Diasporun da tədbirlərində iştirak etmişəm. Mən efirdə bildirdim ki, Əli müəllim, çox sağ olun, amma verilişimizin adı üstündədir, “Toylar kralı”. Belə verilişdə siyasətdən danışmaq nə qədər düzgündür? Mən toyxanadan, yalnız bölgələrimizdən olan istedadlı müğənnilər haqqında danışırdım. Niyə orda siyasətə qarışım ki? Qarışsaydım, deyəcəkdilər ki, Tolikə baxın, “trolluq” edir, musiqili verilişdə də siyasətdən danışır. Pis söz dedim? Dedim ki, o kişi tutulmalıdır? Yox. Ay başınıza dönüm, bunlar hər şeydən yapışırlar. Müxalifət Əli Mirəliyevi niyə qəhrəman elan edir ki? Bayaq Əli Mirəliyev verilişimizdə qonaq idi, soruşdum. Dedi ki, heç mən Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmirdim, elə bilirdim ki, alimdir. Heç Əli müəllim onun nə işlə məşğul olduğunu bilmir. Zəng edin, özündən soruşun, deyəcək ki, o kişi alimdir. Onun haqqında başqa heç nə bilmir ki, o, radikal müxalifətçidir, ya nədir”, - o qeyd edib . 

 

Aytəkin Qardaşova 

 

Tarix: 24 Aprel 2024, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin