BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə keçidlərdə satıcılara hədə-qorxu gələn şəxsin şikayətini təmin etmədi

Ali Məhkəmədə Bakıda hədə-qorxu ilə tələb etmə, soyğunçuluq və dələduzluqda təqsirləndirilən Mehdi Abaszadənin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Mehdi Abaszadə təkrarən özgənin əmlakını soyğunçuluq yolu ilə talayıb, təkrarən özgənin əmlakını aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədi ilə dələduzluq edib, saxlanc yerinə daxil olmaqla özgə əmlakını soyğunçuluq yolu ilə talayıb, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə, yəni zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgə əmlakını əldə edib.

 
Belə ki, o, paytaxt ərazilərində yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə aid kioskda satıcı işləyən şəxslərə qarşı soyğunçuluq edib, hədə-qorxu ilə tələb etmə yolu ilə, yəni zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgə əmlakını ələ keçirib.
 

Daha sonra Mehdi Abaszadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək onun əməlini Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin tərkibi olmadığından həmin maddənin ləğv edilməsini və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdi.

 

Kamal Məmmədov

Tarix: 25 Aprel 2024, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin