BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alverçisi olan qadınla bağlı QƏRAR

Ali Məhkəmədə İnsan alverində təqsirləndirilən Elnarə Zamanovanın barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya (adları şərti) xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.
 

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.

 

Kamal ,Məmmədov

Tarix: 25 Aprel 2024, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin