BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İnsana xeyri üçün nəsə edirsən, tərsinə reaksiya verir”

“Cəmiyyət yeniləşmənin sərt formasına üstünlük verir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

F.Mustafa qeyd edib ki, cəmiyyətin sağlam mühakimə potensialı elə də çox deyil: “Bir nümunə deyim. Könüllü gənclə söhbətim oldu. Deyir ki, metronun qarşısında insanlara pulsuz maska paylayırlar, amma onların 70 faizi təhqir edərək onları qovurlar. Yəni, insana xeyri üçün nəsə edirsən, amma tərsinə reaksiya verir. Bu, təkcə aqressiya məsləsi deyil, elementar mədəniyyət yoxdur. Milli Məclisdə çıxış edirsən, hansısa problemi qaldırırsan, amma bu adamlar susan deputata da, danışanlara da eyni aqressiv münasibət bəsləyirlər. Başa düşmək olmur. Siz nə istəyirsiz? Nə istədiyini bilməyən cəmiyyətdə islahat aparmaq çox çətindir. İslahatları mütləq mərkəzdən, bir az da sərt üslübda, aşağıları bu prosesə çox dərindən qoşmadan aparmaq lazımdır. Biz tələb edirik ki, ictimai şuralar yaradılsın, müəyyən vətəndaşlar fəal olsun, amma vətəndaşın 50 faizində qərəzlilik var. Şikayət daxil olub, araşdırmışam, məlub olub ki, icra hakimiyyəti adama torpaq verib, şərait yaradıb, amma vətəndaş əsassız olaraq, daha çox qazanmaq istəyib. Sonra da hər yerə şikayət məktubları yazır”.Unikal

Tarix: 24 May 2020, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin