BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir tanınmış şəxs koronavirusa yoluxdu - FOTO

Tanınmış meyxanaçı, “De Gəlsin” meyxana yarışmasının qalibi Vüqar Şiriyev (Yasamallı) koronavirusla bağlı karantinə yerləşdirildiyi "Atletlər kəndi"ndə mövcud olan vəziyyətdən şikayət edib.

 

Pravda.az-ın xəbərinə görə, meyxanaçı öz sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib ki, koronavirus testinin nəticəsi pozitiv çıxıb. Bundan sonar o "Atletlər kəndi"ndə karantinə yerləşdirilib: “Sizi inandırıram ki, bura gələndə tamamilə sağlam idim. Amma buradan sağlam çıxacağıma qəti inamım yoxdur. Şərait bərbad, karantinə alınan insanlara münasibət və xidmət isə yox səviyyəsindədir.

 

Meyxanaçı əlavə edib ki, xəstəliklə mübarizədə immunitet güclü olmalıdır, lakin ona nahar yeməyini gec veriblər: “Şəxsən mənə bu gün nahar yeməyini 10 dəqiqə bundan əvvəl veriblər. Verilən qida isə yeməli deyildi. Məsələ bir otaqda tək qalmaqdırsa, bunu öz evimdə də edə bilərdim. Hörmətsiz səhiyyə! Bu da sizdəki səviyyə”.Mediapost

Fotoları təqdim edirik
Tarix: 24 May 2020, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin