BURADA REKLAMINIZ OLA
BİLƏR

“30 ildir torpaqlar işğaldadır, buna qəzəblənmirlər, amma indi bir dılğıra görə...”

Qondarma rejimin işğal edilmiş Azərbaycan torpaqlarında keçirdiyi andiçmə mərasimi ölkəmizdə haqlı narazılıq və etiraza səbəb olub.

 

Politoloq Zərdüşt Əlizadə atılması gərəkən ən vacib addımın işğaldakı torpaqları azad etmək olduğunu vurğuladı: “Atəşkəs sazişi imzalanandan sonra Azərbaycan neft hesabına böyük pullar qazandı. Bu pulların bir qismi orduya, silahlanmaya sərf edildi. Bir qismi isə hansısa məmurlar tərəfindən mənimsənildi, yaxud mənasız layihələrə xərcləndi. Ermənillər əvvəl qorxurdular ki, işğal etdikləri torpaqları azərbaycanlılar gəlib alacaq. Amma sonra gördülər ki, onların bu torpaqları almaq fikri yoxdur. Ona görə də get-gedə azğınlaşırlar. Azərbaycanın diplomatiyası da çox uğursuz oldu. Çünki diplomatiyanı elə adamlara tapşırıblar ki, onların diplomatik savadı çox azdır. Belə olan halda problemin diplomatik həllindən  danışmaq, hansısa uğur əldə etməyə ümid etmək əbəsdir. Qondarmna rejimin Şuşada keçirdiyi andiçməyə gəlincə, insanlarımızın buna reaksiyası da təəccüblüdür. 30 ildir ki, bu torpaqlar ermənilərin işğalı altındadır, buna qəzəblənmirlər. Amma indi hansısa bir dılğır üçün qurulan qondarma bir mərasimlə bağlı kəskin fikirlər səsləndirirlər. Ən böyük etiraz torpaqların işğal altında qalmasına edilməlidir. Çünki baş verənlərin kökündə məhz bu amil dayanır”.Moderator

Tarix: 24 May 2020, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin