BURADA REKLAMINIZ OLA
BİLƏR

Kollecinə direktor təyin etdirmək adı ilə dələduzluq edən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Hacızadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Azər Hacızadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş Gülçin Mirzəyevanın etibarından sui-istifadə edib, onu Gəncə şəhərində musiqi kollecinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib. Təqsirləndirilən şəxs bu məqsədlə 2021-ci illərdə zərərçəkmiş şəxsdən ümumilikdə 70 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov 

Tarix: 1 May 2024, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin