BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə keçmiş nazirlik əməkdaşı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Xəlil Bəşirzadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Xəlil Bəşirzadənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli hökmü paytaxt ərazisində yerləşən fərdi yaşayış evinin müsadirə edilərək onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş (mülki iddiaçı) Qafar Tahirova (şərti) dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hissəsində dəyişdirilib. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi digər ünvanda yerləşən fərdi yaşayış evinin təqsirləndirilən şəxsə məxsus 1/3 pay hissəsinə yönəldilib.


İttihama görə, Xəlil Bəşirzadə başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin (əvvəlki adı) Dövlət Əmlak Komitəsinin “Ticarət-xidmət, istehsalat müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin nəzdində olan 39 saylı avtodayanacağın müdiri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edib. Belə ki, o. həmin avtodayanacağın yerləşdiyi 80 sot torpaq sahəsini içərisində olan daşınmaz əmlakla birlikdə özəlləşdirərək, 500 000 ABŞ dolları məbləğində pula satacağına dair Qafar Tahirovu yalandan aldadıb. Təqsirləndirilən şəxs özəlləşdirmənin aparılması üçün 2007-ci illərdə müxtəlif günlərdə həmin dövrün məzənnəsi ilə 395 631,8 manat təşkil edən ümumilikdə isə 462 500 ABŞ dolları məbləğində pulu ələ keçirərək zərərçəkmişə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Xəlil Bəşirzadənin cəzasını 6 ilə endirib.

 

Kamal Məmmədov 





Tarix: 1 May 2024, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin