BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp: “Rusiyanın başına gələn ən pis şey mənəm”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin onun prezident seçkilərində qalib gəlməsini istəmir.

 

Bu barədə TASS məlumat yayıb.

 

Tramp bildirib ki, əslində Putinin ona qarşı münasibəti pis deyil:

 

“Putinlə münasibətim yaxşıdır, amma bəlkə də seçkilərdə qalib gəlməyimi istəmir. Rusiyanın başına gələn ən pis şey mənəm və Putin bunu başa düşür”.

 

Tramp onun qələbəsini istəməyənlər siyahısına Çin liderini də əlavə etməyi unutmayıb.Oxu.az

Tarix: 25 May 2020, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin