BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Seyidov: Özünü və AŞPA-nı məhv edəcəksən

Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.

 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov almaniyalı parlamentarinin növbəti ittihamlarına cavab olaraq “X” hesabında yazıb.

 

Onun sözlərinə görə, Frank Şvabe qorxur:

 

"Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.

 

Qeyd edək ki, S.Seyidovla F.Şvabe arasında "söz dueli" aprelin 30-da başlayıb. Belə ki, Şvabe "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

 

S.Seyidov isə ona cavab olaraq bildirib ki, Şvabenin bu hərəkətləri siyasi terrorçuluqdur. Adıçəkilən siyasətçi hər şeydən əvvəl beynəlxalq hüquq normalarını tapdayır.

Tarix: 1 May 2024, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin