BURADA REKLAMINIZ OLA
BİLƏR

Faiq Mirişli vəfat etdi

Naxçıvan Dövlət Universitetinin prezident təqaüdçüsü, fəlsəfə doktoru vəfat edib. Pravda.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Fizika və energetika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Faiq Əqil oğlu Mirişli 85 yaşında dünyasını dəyişib.

 

NDU-da işlədiyi illər ərzində Faiq Mirişli Elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır.

 

Onun bərk cisimlər fizikasının seqnetoelektriklər sahəsində apardığı elmi-tədqiqat işləri xarici elmi mətbuatlarda çap edilmiş və bir neçə məqalələrin nəticələrindən elmi ədəbiyyatlarda istifadə olunmuşdur.

Tarix: 1 May 2024, 23:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin