BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

Mayın 24-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Türkiyə Prezidenti dövlətimizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik etmiş, firavanlıq arzularını çatdırmışdır.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmiş, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidenti və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə etmişdir.

 

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışmış, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulamışlar.

 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

Tarix: 25 May 2020, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin