BURADA REKLAMINIZ OLA
BİLƏR

Elza Seyidcahan: "İlhamə Quliyeva vampir kimi idi" - VİDEO

Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərinin pozulmasından danışıb.


Pravda.az xəbər verir ki, sənətçi bu haqda “Xəzər” telekanalında yayımlanan “Ay Zaur” proqramının qonağı olarkən açıqlama verib:

“İlhamə Quliyeva restoranlarda otururdu və zəng vururdu müğənnilərə ki, gəlsinlər onun olduğu yerə. Həmin şəxs mütləq gəlməli idi. Mən bu çağırışlara getmirdim. Gedəndə də görürdüm ki, qeybət edib, sənətçiləri məsxərəyə qoyur. Həmin qeybətləri təsdiqləməli, yalandan üzünə gülməli idim. Bunları isə edə bilmirdim. İlhamə xanımın aurası insanı yorurdu. Deyirlər, insanlar var ki, vampir kimidir. Bir var, sənə müsbət enerji verir, bir də var, sənin enerjini alır. Hiss etdim ki, bu qadın mənim enerjimi alır. Ona görə ondan uzaqlaşdım”.

Qeyd edək ki, ömrünün sonlarına yaxın İlhamə Quliyeva ilə müğənni Elza Seyidcahan arasında qalmaqallar yaşanmışdı.YeniSabah

 

Tarix: 25 May 2020, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin