Jurnalist Azər Həsrətin yazdığı son məqalə ciddi qalmaqal yaradıb. Onun həmin məqalədə günlər öncə vəzifəsindən azad olunan Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov barəsində “onun 1 nömrəli “trol”u mənəm” cümləsini işlətməsi sözün həqiqi mənasında aləmi bir-birinə qatıb.
Əməkdar jurnalistlə bağlı kampaniya aparılır. O sərt şəkildə tənqid olunur, qınanır. Bəzi mətbuat orqanlarında isə, məqalədən diqqətçəkən hissələr başlığa çıxarılır, bu formada yazı tirajlanır. A.Həsrət “Yeni Müsavat”a məqalənin sarkazmla yazıldığını söylədi: “Bəli qüvvələr sarkazmi anlamayıblar. Bəlkə də anlayıblar, sadəcə, özlərini belə göstərirlər. Trol ifadəsi orada dırnaqda yazılıb. Bu o deməkdir ki, mən buna sarkazmla, şübhəli yanaşmışam. Digər tərəfdən, o yazını yazanda bilirdim ki, məlum qüvvələr şəxsimə qarşı bir kampaniya başladacaqlar. Həqiqətən də şəxsi internet saytımda o yazı yayımlanıb. Bəzi yerlərdə onu dərc ediblər. Geniş şəkildə təbliğat aparılır. Yazının mahiyyətini bir kənara qoyub, çıxarışlar edib, öz ağılları ilə nəticələr, qərarlar verirlər. Amma bütün bunlar məni qətiyyən narahat etmir. Mən hədəfə çatmışam. Faktiki olaraq istədiyimi aldım. O adamlar, əsasən də, beyinsiz adamlar şəklimi qoyub, məndən statuslar yazırlar. Hətta iddia edirlər ki, bu yazı ilə Əli Həsənovu satmışam, ona xəyanət etmişəm. Onu ifşa etməyimlə bağlı gülünc iddialarla çıxış edirlər. Bütün bunlar əsla məni narahat etmir. Düşünürəm ki, beyinsizlər növbəti dəfə toruma düşdülər. Məqaləni yazmağa məni sövq edən bəzi məqamlar oldu. Sövq edən o oldu ki, sağda-solda söz-söhbətlər yayırdılar ki, bəs hakimiyyətin trol ordusu var, bizim kimi insanlar da o trollardır. Mən də yazdım ki, Azər Həsrətdən söhbət gedirsə, bəli, mən o trolam, Azərbaycan dövlətinin mənafeyi üçün çalışmışam, amma sizlərin o beyinsiz düşüncənizlə deyil, Azər Həsrət olaraq, bu işi görmüşəm. Əgər bir insan danışdığının, yazdığının altına imzasını qoyursa, öz adı ilə çıxışlar edirsə, ona necə trol demək olar? Mən trol deyiləm. Saxta, gizli adla heç bir fəaliyyətim olmayıb. Nəyim varsa üzdədir, yazılarımda bunlar öz əksini tapır. Bəli, bəzi hallar olub ki, hakimiyyətin müəyyən adamları ilə danışıqlarımız da, müzakirələrimiz də olub. Bütün bunlar bir jurnalist üçün normaldır. Trol olmağımız əslində mümkün deyil. Sadəcə olaraq, o beyinsiz adamlara cavab kimi bu məqaləni yazdım. Onlar öz ağılları ilə guya mənə qarşı bir kampaniya təşkil etdilər. Baxıram ki, şəxsi internet saytımın ziyarətçiləri hədsiz dərəcədə artıb. Sağ olsunlar, mənə bu xidməti göstərmiş oldular, yəni məni populyarlaşdırmaqla məşğuldurlar”.
A.Həsrət məqalənin müdafiə xarakterli olmadığını da qeyd etdi: “Əli Həsənovun müdafiəyə heç bir ehtiyacı yoxdur. Digər tərəfdən, o, sədaqətlə Heydər Əliyevə, İlham Əliyevə xidmət etmiş bir şəxsdir. O siyasi komandada müstəsna yeri olan bir adamdır. Bu gün cənab prezident onunla işləməmək qərarı veribsə, bu məsələni ümumiyyətlə, müzakirə etməyin tərəfdarı deyiləm. Şəxsən mən prezidenti dəstəkləyən bir adamam. Bütün fəaliyyətim ona yönəlikdir. Əgər o, Əli Həsənovla işləmək qərarından vaz keçibsə, buna sayğı göstərmək borcumuzdur. Üstəlik də Əli Həsənovu kimdənsə müdafiə etməyim absurd bir şeydir. Hər halda o kiçik adam deyil ki, Azər Həsrət kimi sıradan bir jurnalist onu kimdənsə müdafiə etsin. Burada elə bir cəhd ümumiyyətlə yoxdur. Əli Həsənova şəxsi münasibətimi yazılarımda hər zaman ifadə etmişəm. Düzdür, o vəzifədə olanda hər zaman mənə deyirdi ki, mənimlə bağlı sən yazma, əgər siyasətdən yazırsansa, prezidentdən, dövlətin siyasətindən yaz. İndiki məqamda məqaləni yazmaqla sadəcə bizi trol adlandıranlara cavab vermişəm. Bizim fəaliyyətimizi şübhə altına alanlara da cavab vermişəm ki, Azər Həsrət və onun kimilərini trol adlandırırsınız, amma bizim üzərimizə gələnlərin 90%-i saxta imzalarla, profillərlə gəlirlər. Mən də ona görə sual qoymuşam ki, əgər Azər Həsrət imzasını yazdığı hər yazının altına qoyaraq, özünü göstərirsə, onun üzərinə gələnlər saxta adlarla gəlirsə, kimin trol olduğu zatən görünür. Yəni bunun üçün yazılmış bir yazıdır”.
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
Ən son xəbərləri səhifəmizdən də izləyin