BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq araşdırmaya başladı

Şamaxıda tikintidə baş verən ölüm hadisəsi ilə bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Pravda.az-ın xəbərinə görə, bu gün Şamaxı Avtovağzalının ərazisində tikilməkdə olan binanın yanına gətirilən "Bobcat" qaldırıcı kranı qəflətən aşıb, kranın səbətindəkı fəhlələr yıxılaraq ağır xəsarət alıblar. Onlardan biri ağır çəkili dəmir səbətin altında qalıb.

Xəsarət alan 3 nəfərdən biri ölüb, iki nəfər isə xəsarət alıb.

Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 25 May 2020, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin