BURADA REKLAMINIZ OLA
BİLƏR

İsraildə iyunun 14-dən bu qadağalar götürülür

İyunun 14-dən İsraildə qapalı məkanlarda teatr tamaşaları və konsertlərin keçirilməsinə icazə veriləcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin Turizm Nazirliyi məlumat verib.

Bütün ziyarətçilər iki metrlik sosial məsafəyə, şəxsi gigiyena qaydalarına riayət etməli və mütləq maska taxmalı olacaqlar. Binanın girişində onların hərarəti ölçüləcək.

Tamaşalara və konsertlərə bilet satışı yalnız onlayn həyata keçiriləcək.

Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, zal 75%-dən çox doldurulmamalıdır.

Bütün teatr tamaşaları və konsertlər antraktsız keçiriləcək.Qafqazinfo

Tarix: 25 May 2020, 20:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin