BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Kərimlinin köməkçisi həbs edildi

Bu gün, mayın 25-də Sabirabad rayon Məhkəməsi (Bakıdan 170 kilometr cənub-qərb), Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlini İnzibati Xətalar Məcəlləsinin 510-cu (ictimai qaydanı pozma) maddəsi ilə təqsirli bilərək 15 sutka inzibati həbsə məhkum edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Faiq Əmirlinin ailəsindən bildiriblər.

 

“Biz, ailəlikcə Faiqin valideynlərini ziyarət etmək üçün onun anadan olduğu Sabirabad rayonunun Rüstəmli kəndinə gəlmişik. Bu gün, saat 15-də bir polis əməkdaşı və bir mülki geyimli şəxs gəldi ki, rayonun polis rəisi Faiqlə söhbət etmək istəyir. Faiq onlarla getdi, saat 19-da Faiq zəng etdi ki, məhkəmə ona 15 sutka inzibati həbs kəsib,” Əmirlinin həyat yoldaşı Amerikanın Səsinə deyib.

 

Bu, Faiq Əmirlinin karantin dövründə ikinci inzibati həbsidir. O, aprelin 9-da Bakının Səbail rayon Məhkəməsinin qərarı əsasında hakim Ülviyyə Şükürovanın sədriliyi ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (karantin rejimini pozma) pozulmasında günahlandırılaraq 30 sutka inzibati həbsə məhkum edilib.Amerikanın Səsi

Tarix: 25 May 2020, 21:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin