BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya Qarabağ münaqişəsini həll edəcək”

Ermənistanın Şuşada saxta inaqurasiya mərasimi keçirməsi ilə Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri arasında əlaqənin olduğunu görməmək mümkün deyil. Şuşada saxta inaqurasiya keçirmək Azərbaycana qarşı atılan növbəti addım idi. Çünki bəyan etdilər ki, işğalçı rejimin “parlamentini”də Şuşaya köçürəcəklər. Halbuki, Şuşa şəhərinin məsələsi danışıqlar paketinin içindədir. Yəni Şuşanın məsələsinə də digər işğal edilən rayonlarla birlikdə baxılmalıdır. Deməli, erməni tərəfi bu addımlarla danışıqlar prosesini sıfıra endirir və pozur.

 

Bu fikirləri hərbi ekspert Azad İsazadə deyib.

 

Mütəxəssis əlavə edib ki, indi danışıqlar aparmaq üçün ciddi bir səbəb yoxdur:

 

“Hərbi əməliyyatlar aparılmır ki bunu dayandırmaq üçün danışıqlar olsun və atəşkəs əldə edilsin. Əslində onlar Azərbaycanı məcbur edirlər ki, torpaqlarını alsın. Sözsüz ki, Azərbaycan tərəfinin bu mərhələdə dinc dayanması səbəbsiz deyil. Qənaətimcə, Rusiya tərəfi hər şeyi üzərinə götürüb və bildirib ki, məsələni həll edəcəyik, siz bir az səbr edin. Əslində bunu Lavrov diplomatik dildə elan etmişdi. Ola bilsin ki, bunu Rusiya rəhbərliyi diplomatik kanallarla da Azərbaycan tərəfinə çatdırıb”.

 

Azad İsazadə deyir ki, Ermənistanın belə addımlarına baxmayaraq, mövqeləri çox zəifdir:

 

“Başa düşürük ki, hazırda Ermənistan çox zəif mövqedədir. Azərbaycanın hərbi təlimləri isə sözsüz ki, iki məqsəd güdür. Birincisi, təlim zamanı hərbi hissələr bir-birilə qarşılıqlı əməkdaşlıq edərək mühüm əməliyyat keçirmək təcrübəsi qazanır. İkinci və ən əsası odur ki, bu təlimlər vasitəsilə güc nümayiş etdiririk. Yəni biz hazırıq. Onsuzda qoşunlar cəbhəyə yaxındır. Əgər ani nəsə baş versə, ordu döyüşə hazırdır. Bu mənada hesab edirəm ki, bu iki hadisə arasında bağlılıq var. Ehtimal edirəm ki, bizdə təlimin keçirilməsi öncədən planlaşdırılmışdı. Sadəcə olaraq təlimin keçirilmə tarixini elə formada müəyyən etdilər ki, saxta inaqurasiya ilə üst-üstə düşsün”.Teleqraf

Tarix: 26 May 2020, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin