BURADA REKLAMINIZ OLA
BİLƏR

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var.

 

- Liflə zəngin olan böyürtkən həzmə kömək edir

 

- Müntəzəm istehlak edildikdə bağırsaq sağlamlığının yaxşılaşmasına kömək edir

 

- Tərkibində olan təbii estrogenlər sayəsində menopoz zamanı meydana gələn qızdırmalara yaxşı gəlir

 

- Tərkibindəki antioksidan komponentlər ürək-damar sağlamlığını qorumağa kömək edir

 

- Təzyiq və qan təzyiqini tənzimləyir

 

- Sümük sağlamlığını qorumaq üçün lazım olan kalsium və maqnezium ehtiva edir

 

- Yaşlılığın yaratdığı yaddaş problemlərindən qoruyur

 

- Dəri sağlamlığı üçün də faydalı olan böyürtkən dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır

 

- Böyürtkən ağızda xəstəliyə səbəb olan bakteriyaları öldürməyə kömək edir

 

- Tərkibindəki qallik turşusu, rutin və ellagik turşu sayəsində antiviral və antibakterial xüsusiyyətlər göstərir.

 

(Metbuat.az)

Tarix: 12 May 2024, 00:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin