BURADA REKLAMINIZ OLA
BİLƏR

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq.

 

Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məlumat verib.

 

“Hazırda ən azı dörd isti plazma buludu Yerə doğru uçur. Onlardan yalnız biri indiyədək Yerin maqnitosferinə çatıb. O, mayın 11-nə keçən gecə 2005-ci ildən bəri ən güclü maqnit qasırğasını törədib”, - Yazev izah edib.

 

Astronomun sözlərinə görə, plazma buludları müxtəlif sürətlə hərəkət edir. Ona görə də mayın 12 və 13-də Yer kürəsində bu emissiyaların yaratdığı davamlı maqnit qasırğası müşahidə olunacaq.

 

Oxu.az

Tarix: 12 May 2024, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin