BURADA REKLAMINIZ OLA
BİLƏR

Mal-qara ilə baş verən qəza hallarında məsuliyyəti kim daşıyır? - VİDEO

4 gün əvvəl Zərdabda yola çıxan iribuynuzlu heyvanları vuran sürücü ağır yol-nəqliyyat hadisəsi törədib. Nəticədə sürücü dünyasını dəyişib. "Xəzər TV" xəbər verir ki, belə qəzalar bir daha magistral yollarda təhlükəsizlik məsələsini aktuallaşdırır.

 

Sürücülər deyir ki, xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kortəbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.

 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, heyvan sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollara nəzarətsiz ötürməməlidirlər.

 

Ekspert baş verən bu kimi qəza zamanı kimin məsuliyyət daşıdığına aydınlıq gətirib.

 

Tarix: 12 May 2024, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin