BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusdan daha 28 nəfər öldü

Son bir gündə Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

O qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 397 nəfərə çatıb.

 

Bu gün COVID-19-a 948 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 158 762-ə çatıb.

 

Son 24 saatda koronavirusla bağlı 19 853 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 1 873 607-yə çatıb. Son bir gündə virusdan 1 492 nəfər sağalıb.

 

Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 121 507  nəfər təşkil edir.

Tarix: 26 May 2020, 21:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin