BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus xəstələrinin olduğu xəstəxana yandırıldı - ŞOK

Kiyevdə koronavirus xəstələrinin olduğu Aleksandroviski xəstəxanası naməlum şəxslər tərəfindən yandırılıb.

Xəstəxananın baş həkimi Lyudmila Antonenko yanğının qəsdən törədildiyini açıqlayıb.

Onun sözlərinə görə, yanğın zamanı xəsarət alanlar olmayıb.

"Yanğın zamanı xəstələr tez bir zamanda xəstəxananın digər blokuna köçürüldü. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində yanğının qarşısı alındı. Mütəxəssislər yanğının qəsdən törədildiyini müəyyən ediblər”, - baş həkim bildirib.

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxanların sayı 21 584, ölənlərin sayı isə 644-dür.Publika.az

Tarix: 27 May 2020, 07:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin