BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kapital Bank”ın İdarə Heyətinin sədri: "Naxçıvan Bank"ı almaq planımız yoxdur

“Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat civarındadır.

 

Bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direkoru Fərid Hüseynov deyib.

 

O bildirib ki, portfelin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb.

 

Fərid Hüseynov əlavə edib ki, Kapital Bank-ın hansısa bankı, o cümlədən "Naxçıvan Bank”ı almaq planı yoxdur.

 

“2023-cü il üzrə ötürülən portfel bankın 3%-i civarındadır. Bu da kiçik rəqəmdir. Məqsəd müştərilərin rahatlığını təmin etməkdir”- F. Hüseynov əlavə edib.

Tarix: 17 May 2024, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin