BURADA REKLAMINIZ OLA
BİLƏR

Evlərdən və obyektdən oğurluq edən şəxs barəsində həbs qətimkan tədbiri seçildi

Şirvanda oğurluqlar edən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində evlərdən və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Vüsal Həşimov saxlanılıb.

 

Araşdırmalar zamanı onun ümumilikdə 6 ev və obyektdən oğurluqlar edərək zərərçəkmişlərə 5000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 18 May 2024, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin