BURADA REKLAMINIZ OLA
BİLƏR

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəldi

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Səfər çərçivəsində spiker mayın 20-də Azərbaycan parlamentinin inzibati binasında mətbuat konfransı keçirəcək.

Tarix: 18 May 2024, 21:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin