BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb - YENİLƏNDİ - VİDEO

İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.

 

Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

 

"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb", - deyə, o bildirib.

 

***

06:43

 

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

 

Bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

 

"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil", - deyə, o bildirib.

 

APA

 

Tarix: 20 May 2024, 07:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin