BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşid Behbudovun kürəkəni ilə bağlı AÇIQLAMA

“Planet Parni iz Baku” komandasının üzvü, Əməkdar artist Tahir İmanov “Space” telekanalını sərt tənqid edib.

 

Pravda.az-ın xəbərinə görə, “Instagram”da canlı efir açan T.İmanov sözügedən kanalda yayımlanan verilişlərin səviyyəsinin aşağı olduğunu deyib.

 

“Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev “Space TV”nin baş prodüseri olduğu halda, hər axşam bu telekanalda bayağılığı təbliğ edir.

 

“Sevimli mahnı” verilişi və telekanalda yayımlanan digər proqramlarda bayağı ifaçıların musiqiləri səsləndirilir. Bu, Azərbaycan muğamı, musiqisi, ritmi deyil. Fikirləşdiyiniz 6/8 ritmi deyil. Rəşid Behbudovun həmin ritmdə necə mahnılar oxuduğunu xatırlayın”, - deyə T.İmanov bildirib.

 

Qeyd edək ki, zaman-zaman bir çox incəsənət nümayəndələri və ictimai xadimlər də “Space TV”də yayımlanan verilişlərin bayağılığı təbliğ etdiyini vurğulayıblar.

 

Tarix: 27 May 2020, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin