BURADA REKLAMINIZ OLA
BİLƏR

Dayısına qarşı 1,4 milyonluq dələduzluq etməkdə günahlandırılan şəxslə bağlı yenidən məhkəməyə müraciət edildi

Bakıda dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclası mayın 22-nə təyin edilməyib.

 

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyir.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

 
Qeyd: Orxan Nazim oğlu Məhərrəmov dayısı Amil Famil oğlu Əliyevin 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.

 

Kamal Məmmədov

 

 

Tarix: 20 May 2024, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin