BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın Azərbaycandakı səfirliyində bayraq endirildi

İranın Azərbaycandakı səfirliyinin binası önündə adı çəkilən ölkənin dövlət bayrağı endirilib.

 

Bu addım adı çəkilən ölkənin Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopterin qəzaya uğraması münasibətilə matəm əlaməti olaraq atılıb.

 

Xatırladaq ki, İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-da qəzaya uğrayıb. Nəticədə helikopterdə olan sərnişinlər və heyət üzvləri həlak olub.

Tarix: 20 May 2024, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin