BURADA REKLAMINIZ OLA
BİLƏR

Sıxlığın aradan qaldırılması məqsədilə Bakının bir küçəsində hərəkətin təşkilində dəyişiklik edildi

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində sıxlıq azalıb və hərəkətin intensivliyi artıb.

 

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bildirilib ki, həmin yolda əvvəllər sol zolaqda olan nəqliyyat vasitələri sola dönən zaman düzünə hərəkət edən avtomobillər işıqforun qırmızı işığında gözləməli olurdular. Bu da yolda hərəkət intensivliyinin azalmasına və sıxlığın yaranmasına səbəb olurdu.

 

Problemi aradan qaldırmaq üçün NİİM-in əməkdaşları ərazidə təhlillər aparıblar.

 

Həmin kəsişmədə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə yolda olan işıqforun sola dönmə faza vaxtında düzünə hərəkətə icazə verilib.

 

Bununla da sol zolaqda olan nəqliyyat vasitələri sola dönərkən eyni vaxtda digər avtomobillər düzünə gedə biləcəklər.

 

Tarix: 20 May 2024, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin