BURADA REKLAMINIZ OLA
BİLƏR

Culian Assanc ABŞ-a ekstradisiya üzrə məhkəmədə qalib gəldi

“WikiLeaks” portalının qurucusu Culian Assanc ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmədə qalib gəlib.

 

London Ali Məhkəməsi bu gün Assancın lehinə qərar çıxarıb.

 

ABŞ-ın Assancın işi ilə bağlı təminatlarının qeyri-qənaətbəxş olduğuna qərar verən hakimlər ona tam apellyasiya dinləməsi hüququ verib.

 

Qeyd olunub ki, məhkəmənin iki yüksək səviyyəli hakimi ABŞ-ın təqdimatlarının yetərli saymayıb və Assanca ABŞ-a ekstradisiyası ilə bağlı qətnaməyə etiraz etmək hüququ veriləcəyini bəyan edib.

 

APA

Tarix: 20 May 2024, 16:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin