BURADA REKLAMINIZ OLA
BİLƏR

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prokurorunun İsrailin Baş naziri Binyamin Netanyahu və Yəhudi Dövlətinin Müdafiə Naziri Yoav Qalantın həbsi ilə bağlı orderin verilməsi tələbini rədd edir.

 

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yazılı açıqlamasında deyilir.

 

“Birləşmiş Ştatlar bu gün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunun HƏMAS terrorçuları ilə birlikdə İsrailin yüksək vəzifəli məmurlarının həbsinə order verilməsi üçün müraciət etdiyi barədə bəyanatını əsaslı şəkildə rədd edir. Biz prokurorun İsraili HƏMAS-la bərabərləşdirməsini rədd edirik. Bu biyabırçılıqdır. HƏMAS Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli qətliam törədən və hələ də onlarla günahsız insanı girov saxlayan qəddar terror təşkilatıdır”, - Blinken qeyd edib.

 

APA

Tarix: 20 May 2024, 21:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin