BURADA REKLAMINIZ OLA
BİLƏR

Borrell: "Bütün ölkələr BCM qərarlarına əməl etməyə borcludur"

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nizamnaməsini ratifikasiya etmiş bütün dövlətlər onun qərarlarını yerinə yetirməyə borcludurlar.

 

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

 

“BCM Prokurorunun Yəhya Sinvar, Məhəmməd Deif, İsmayıl Haniyə, Benyamin Netanyahu və Yoav Qallantın həbsinə order vermək qərarını nəzərə alıram”, - diplomat vurğulayıb.

 

Diplomat vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin mandatı beynəlxalq hüquq çərçivəsində ən ağır cinayətləri təqib etməkdən ibarətdir.

 

“BCM-in nizamnaməsini ratifikasiya edən bütün dövlətlər məhkəmənin qərarlarına əməl etməyə borcludurlar”, - Borell əlavə edib.

 

APA

Tarix: 21 May 2024, 05:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin