BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vəli Qasımovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Qeyd: Vəli Müslüm oğlu Qasımov 7 avqust 2021-ci il tarixdə, saat 22 radələrində “Mazda CX-5” markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev küçəsi ilə hərəkətdə olarkən həmin küçədə dayanmış piyadalar 2008-ci il təvəllüdlü, Nurlan Əlyar oğlu Baxışovu və Əlyar Nurlan oğlu Baxışovu vurub. Nəticədə piyada Nurlan Baxışov zərbədən əks hərəkət zolağına düşməklə əks istiqamətdə olan Zəbiyev Kazım Qasım oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobilin qabaq hissəsinə çırpılaraq aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 263.4-cü maddələri ilə cinayət işi başlanıb. Hər iki sürücü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. 

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə V.Qasımov 5 il 1 ay azadlıq məhrum edilib. Digər təqsirləndirilən şəxs K.Zərbiyevə isə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tam bəraət verilib. Qərardan narazı qalan ittiham tərəfi apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib. Daha sonra V.Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

Tarix: 21 May 2024, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin