BURADA REKLAMINIZ OLA
BİLƏR

Beş min iş yeri ixtisar edilir

Fransanın avtomobil istehsalçısı “Renault” koronavirus (COVID-19) pandemiyası nəticəsində avtomobillərə tələbatın azalmasını nəzərə alaraq xərclərini azaltmaq üçün 5 min iş yerini ixtisar etmək niyyətindədir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Onun məlumatına görə, söhbət məzuniyyətə çıxan işçilərə məxsus ştatların ləğv edilməsindən gedir. Bununla bağlı planlar mayın 29-da açıqlanacaq.

 

Xatırladaq ki, “Renault”un vəziyyəti pandemiyadan əvvəl də yaxşı olmayıb. Koronavirus isə şirkətin vəziyyətini daha da pisləşdirib və onun bütün zavodlarının bağlanması ilə nəticələnib. Apreldə "Renault" markalı yeni avtomobillərin satışının 76,3% azaldığı bildirilir.

 

Bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, hökumət avtomobil sənayesinin dəstəklənməsinə 8 milyard avro vəsait yönəltmək niyyətindədir.Report

Tarix: 27 May 2020, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin