BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: "Bu qısır döngəni sındırmağa çalışdıq"

Azərbaycan siyasətində yerlibazlığın tək səbəbi var – bütün siyasi partiyaların, təşkilatların bu günə qədər heç bir ideoloji bazası, hekayəsi, ciddi, cəlbedici planı-proqramı olmayıb. YAP necə regionçuluq üzərinə inşa edilibsə, digər siyasi partiyalar da eyni davranıb – lider, və ya idarəetmədə olan şəxs(lər) haralıdısa partiyada üstünlük də həmin regiondan olub. Hətta liderin (idarəedənlərin) özləri bir qırağa, həyat yoldaşlarının haralı olması da həmişə mühim rol oynayıb.


Nə qədər ki, məmləkətdə ideoloji təməllər üzərinə inşa edilmiş, dəyərləri, prinsipləri, planı-proqramı olan siyasi təşkilatlar olmayacaq, məhz belə də davam edəcək.
REAL yeganə təşkilatdır ki, yaranan gündən bu qısır döngəni sındırmağa çalışıb, az-çox buna nail olmuşuq, amma hələ də ictimai-siyasi səhnədə dəyərlər yox, doğum şəhadətnaməsində yazılan məkan önəmli rol oynayır.


Adam utanır, ADR-in quruluşundan 102, müstəqilliyimizin bərpasından az qala 30 il keçməsinə baxmayaraq hələ də primitiv yerliçilik üzərinə inşa edilmiş siyasi səhnəmiz var. Faciədir...

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri

Tarix: 27 May 2020, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin