BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə arvadını öldürmək istəyən şəxs hansı cəza verildi?

Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Araz İsazadənin barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd: 2022-ci il avqustun 30-u saat 09 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılab araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 144.1 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli o, anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunub. Araz İsazadə ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdirilməsi həbsdə saxlandığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həvalə edilməsi, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınıb.

 

Kamal Məmmədov 



Tarix: 22 May 2024, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin