BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaynının evindən 80 min manatlıq oğurluq edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Elvin İbayevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Qeyd: Bir neçə il əvvəl Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayının 4-də rayonun Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən 1,2 mln rubl (31,8 min manat), 19 500 ABŞ dolları (33,2 min manat) və 15 000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev saxlanılıb.  O, ifadəsində törətdiyi cinayəti etiraf edib. 

 

E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub. Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad RPŞ-də cinayət işi başlanılıb. E.İbayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində bir neçə il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

 

Kamal Məmmədov

 

Tarix: 23 May 2024, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin