BURADA REKLAMINIZ OLA
BİLƏR

Tacikistan Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq

Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk.

 

Pravda.az xəbər verir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.

 

“Bu baxımdan terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq”, - deyə Prezident E.Rəhmon vurğulayıb.

Tarix: 23 May 2024, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin