BURADA REKLAMINIZ OLA
BİLƏR

Müştəri taksi sürücüsünün telefonunu danışmaq adı ilə qaçırdı - MƏHKƏMƏ

Bakıda Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Hüseyn Məmmədşurinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, hadisə 26 noyabr 2023-cü il tarixdə saat 20 radələrində paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 

 

Belə ki, Hüseyn Məmmədşuri sərnişin kimi əyləşdiyi taksi sürücüsü, zərərçəkmiş M.Əliyevə məxsus 1500 manat dəyərində “iPhone 11 Pro Max” markalı mobil telefonu danışmaq adı ilə alıb qaçıb. 

 

Daha sonra o, saxlanılıb.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Məmmədşuri 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

 

 

Tarix: 24 May 2024, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin