BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə parkda qayçı ilə gənc oğlanın çənəsini kəsən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə Balakəndə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Elnur Qazaxovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 

 
Qeyd: Hadisə 2022-ci il iyulun 7-i saat 22:30-da Balakən şəhər ərazisindəki Heydər Əliyev parkında qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Qazaxov Elnur Elman oğlu aralarında baş verən mübahisə nəticəsində qayçı ilə gənc oğlan Novruzov Yusif Araz oğlunu vurub. Döş qəfəsindən yaralanan gənc dərhal xəstəxanaya yerləşdirilib. 
 

İttihama görə, Elnur Qazaxovun istirahət parkında piyada gəzərkən quraşdırılmış köşkün yanında dayanmış zərərçəkmiş Yusif Novruzov ilə toqquşub. Həmin vaxt aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, üzərində gəzdirdiyi qayçını Yusifin çənəsinin alt hissəsinə sıxaraq kəsib. Daha sonra Elnur həmin qayçı ilə zərərçəkmiş şəxsin döş qəfəsinə bir dəfə qəsdən zərbə vuraraq xəsarət yetirib. Məhkəmədə Elnur Qazaxov ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.

 

Kamal Məmmədov

Tarix: 24 May 2024, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin