BURADA REKLAMINIZ OLA
BİLƏR

İki yerə bölünən tikinti şirkətinin milyonlarla manat vergi borcu yaranıb

Azərbaycanda iki yerə bölünən tikinti şirkətinin külli miqdarda vergi borcu yaranıb.


İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət "Kontinent İnşaat" MMC-dən gedir.


Şirkətin hazırda yığılmış vergi borcunun məbləği 5 456 439,78 manat təşkil edir.


Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.


Qeyd edək ki, "Kontinent İnşaat" tikinti şirkəti 2010-cu ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Araz Ucal oğlu Mahmudovdur. İnşaat şirkəti ötən həftə iki yerə bölünərək yenidən təşkil olunub. Mayın 17-də şirkətin ümumi yığıncağının qərarına əsasən, "Future Construction" MMC "Kontinent İnşaat"dan ayrılıb.

Tarix: 24 May 2024, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin