BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Neft Fondunun gəlirləri 2 milyard manat artacaq

İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2 milyard 36 milyon manat və ya 16,9% artaraq 14 milyard 109,2 milyon manat məbləğində nəzərdə tutulur.

 

Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12 milyard 866,7 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 12 milyard 781 milyon manat transfert nəzərdə tutulub.

Tarix: 25 May 2024, 04:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin