BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacaq, gecəyə doğru şimşək çaxacaq.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Tarix: 25 May 2024, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin