BURADA REKLAMINIZ OLA
BİLƏR

Nadir: “Məni gözdən salmağa çalışdılar”

Müğənni Nadir Qafarzadə açıqlamalarıyla diqqəti özünə çəkib.

 

Pravda.az olay-a istinadla yazır ki, ifaçı bəzi aparıcıların ondan istifadə etdiyini deyib.

 

Bu barədə o, “Günaylı gün” verilişində danışıb: “Gənclik illərimdə etdiyim şıltaqlıqlar olub. Demirəm, səhvlərim olmayıb. Çoxlu səhvlərim olub. Bəzi aparıcılar səmimiliyimdən, sadəliyimdən, ürəyimin yumşaqlığından istifadə edib reytinqə görə məni danışdırıblar. O mənə həyatda çox çətin olub. İndi yadıma düşəndə çox pis oluram. Şükür Allaha ki, onlar çalışdılar ki, reytinqə görə məni gözdən salsınlar. Amma xalq səmimiyyətimə inandı.

 

Hərdən yazırlar, deyirlər ki, bunun ürəyi təmizdir, bundan istifadə edirlər. Bu məni bir az sakitləşdirir. Artıq çalışıram ki, o səhvləri buraxmayım”.

Tarix: 26 May 2024, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin