BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş kişi kafenin qarşısında həmyerlisini çəngəllə vurdu - QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Yaşar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

İttihama görə, hadisə 21 may 2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, H.Əliyev prospekti 10A ünvanında yerləşən adsız kafenin qarşısında qeydə alınıb.

 

Belə ki, sərxoş vəziyyətdə Yaşar Məmmədov həmyerlisi, zərərçəkmiş Bəxtiyar Qarayevlə heç bir əsaslı səbəb olmadan mübahisə edib. Sonra o, çəngəllə zərərçəkmişin baş nahiyəsindən vuraraq ona xəsarət yetirib.

 

Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Yaşar Məmmədov 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. 

 

Tarix: 27 May 2024, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin