Bakıda iş adamlarına qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Agro Food Service" MMC-nin qanuni təmsilçisi və direktoru Elnur Şıxəhmədin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası mayın 30-na təyin edilib.
Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Şıxəhmədi Elnur Əşrəf oğlu "Agro Food Service" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, müxtəlif hüquqi və fiziki şəxsləri aldatmaqla onlara külli miqdarda ziyan vurub.
Belə ki, Elnur Şıxəhmədi "Siyəzən-Broyler" ASC-dən müxtəlif toyuq məhsulları almaqla 98584.56 manat, "My Food" MMC-dən balıq məhsulları almaqla 38894,7 manat, "Meyvəli bazar"da işləyən fərqli şəxslərdən 560.000 manatlıq meyvə-tərəvəz alaraq onlara maddi ziyan vurub.
O, həmçinin çox sayda otel və istirahət mərkəzləri ilə işləyib, onları qida və qeyri-qida məhsulları ilə təmin etdiyi, bunun sifariş əsasında həyata keçirildiyi haqda həqiqətəuyğun olmayan məlumat verməklə daha bir şirkəti 10.837,67 manat ziyana salıb.
Təqsirləndirilən şəxs MMC-sinin təmir-tikinti işləri ilə məşğul olduğu, çox sayda layihələr icra etdiyi barəsində yalan məlumat verməklə iş adamından 90.541,46 manatlıq tikinti məhsulu alaraq mənimsəyib.
Onun dələduzluğu ilə üzləşənlərdən biri də iş adamı, Bakıda "Təkər Zəki” ləqəbi ilə tanınan Zəki Zərbəliyev olub. O, MMC-nin böyük şirkət olduğunu, 50-dən artıq texnika, 100-dən artıq yük avtomobillərinin işğaldan azad edilən Qarabağ ərazisində tikinti işlərini həyata keçirdiyini deyərək Zəki Zərbəliyevə məxsus "TS Motors” MMC-dən 42.323,06 manatlıq təkər alıb və pulunu verməyib.
MMC-nin müxtəlif müəssisələri, şirniyyat evləri və mağazaları quru meyvə və çərəzlərlə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat verməklə "Yaşıl Bazar"da quru meyvə satışı həyata keçirən fiziki şəxs Afər Şivanlıya da 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.
Bu və digər cinayətləri Elnur Şıxəhmədi sürücüsü Elnur Babayevin iştirakı ilə törədib. O, dələduzluq faktlarını Bakıda müxtəlif otellər və biznes mərkəzlərini kirayə götürərək, ciddi iş adamı imici yaratmaqla həyata keçirib. Elnur Şıxəhmədi "Pullman Hotel”də bir aylıq ofis icarə götürərək, təkər satışı ilə məşğul olan şirkəti aldadaraq, dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Elnur Şıxəhmədi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Kamal Məmmədov
21 May 00:14
21 May 00:13
21 May 00:07
21 May 00:05
21 May 00:04
21 May 00:00
20 May 22:38
20 May 22:27
20 May 22:12
20 May 20:57
20 May 20:52
20 May 20:48
20 May 19:51
20 May 19:45
20 May 19:17
20 May 19:13
20 May 19:12
20 May 19:11
20 May 19:05
20 May 19:03
20 May 19:02
20 May 18:59
20 May 18:53
20 May 18:50
20 May 18:12
20 May 17:54
20 May 17:33
20 May 17:23
20 May 17:18
20 May 16:54
20 May 16:43
20 May 16:28
20 May 16:10
20 May 15:47
20 May 15:43
20 May 15:40
20 May 15:31
20 May 15:30
20 May 15:27
20 May 15:24
20 May 15:09
20 May 15:05
20 May 15:00
20 May 14:47
20 May 14:45
20 May 14:44
20 May 14:43
20 May 14:40
20 May 14:38
20 May 14:35
20 May 14:33
20 May 14:28
20 May 14:23
20 May 14:20
20 May 14:19
20 May 14:14
20 May 14:12
20 May 14:10
20 May 13:55
20 May 13:53
20 May 13:51
20 May 12:53
20 May 12:42
20 May 12:40
20 May 12:29
20 May 12:22
20 May 12:14
20 May 12:11
20 May 12:03
20 May 12:01
20 May 11:49
20 May 11:34
20 May 11:27
20 May 11:24
20 May 11:23
20 May 11:17
20 May 11:15
20 May 11:01
20 May 11:01
20 May 10:56
20 May 10:55
20 May 10:52
20 May 10:28
20 May 10:02
20 May 09:55
20 May 09:50
20 May 09:48
20 May 09:35
20 May 09:23
20 May 09:15
20 May 09:06
20 May 08:52
20 May 08:43
20 May 08:42
20 May 08:40
20 May 08:37
20 May 08:34
20 May 08:30
20 May 08:25
20 May 08:19
20 May 08:16
20 May 08:12
20 May 08:09
20 May 08:04
20 May 07:26
20 May 07:23
20 May 07:16
20 May 00:13
19 May 23:49
19 May 23:06
19 May 23:03
19 May 22:33
19 May 22:10
19 May 22:05
19 May 21:55
19 May 21:48
19 May 21:43
19 May 21:00
19 May 20:51
19 May 20:23
19 May 20:22
19 May 20:20
19 May 20:19
19 May 19:47
19 May 18:45
19 May 18:42
19 May 18:40
19 May 18:38
19 May 18:29
19 May 18:26
19 May 18:21
19 May 18:17
19 May 17:52
19 May 17:41
19 May 17:28
19 May 17:09
19 May 16:44
19 May 16:28
19 May 16:23
19 May 15:47
19 May 15:31
19 May 15:22
19 May 15:13
19 May 14:57
19 May 14:55
19 May 14:43
19 May 14:39
19 May 14:22
19 May 14:00
19 May 13:55
Ən son xəbərləri səhifəmizdən də izləyin