BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbələ RLS-in rəhbərliyi dəyişdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru İsmayıl Həsənli vəzifəsindən azad edilib.

 

Bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

 

Onun digər əmri ilə RLS-ə rəhbərlik Namiq Ələkbərova həvalə olunub.

 

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.

 

Report

Tarix: 28 May 2024, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin