BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı məşhur dairə ləğv edildi - VİDEO

Paytaxtın Babək prospektində maşın bazarına gedən yoldakı dairə ləğv edilib.

 

Pravda.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

 

Paylaşım edən sosial şəbəkə istifadəçisi sözügedən ərazidə nəqliyyat sıxlığının olduğunu qeyd edərək, aparılan işləri müsbət qiymətləndirib.

 

Qeyd edək ki, dairənin bağlanan hissəsində park salınacağı ehtimal edilir.

 

Tarix: 28 May 2024, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin